YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanda inkişaf sosial sferada da özünü ciddi şəkildə göstərir

«Azərbaycanda inkişaf təbii olaraq bütün sahələrdə, o cümlədən sosial sferada da özünü  ciddi şəkildə göstərir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaradıb. Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsi də yuxarıda göstərilən prinsiplərə uyğun olaraq formalaşdırılır.

«Bir sözlə, sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Hazırkı vəziyyətdə atılan bu addımlar ciddi sosial təşəbbüslərdir. Bu, ona dəlalət edir ki, hökumət  ilk növbədə əhalinin rifah halının yüksəldilməsi üçün addımlar atır»- deyə, R.Əliyev qeyd edib. 

DİGƏR Xəbərlər Arxiv