YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan uğurlu gender siyasəti həyata keçirən dövlətdir

«Azərbaycan uğurlu gender siyasəti həyata keçirən, kişi və qadınlar arasında real bərabər imkanların təmin olunması istiqamətində ardıcıl siyasət yürüdən və konkret nəticələrə nail olan dövlətlərdəndir». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, burada hökumət tərəfindən atılan addımlarla yanaşı, mili adət-ənənələr, Azərbaycan qadınının cəmiyyət həyatındakı fəal rolu, dəyərlərin yaşadılması kimi müsbət keyfiyyətlər mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan qadını özünə olan etimadı doğruldur, eyni zamanda, dövlət də qadınların potensialından düzgün faydalanılmasını prioritet kimi qəbul edir.

«Bu məsələlərlə  əlaqədar xüsusi Dövlət Proqramı qəbul olunub, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclisdə Ailə, qadın və uşaq məsələləri komitəsi fəaliyyət göstərir, zəngin qanunvericilik bazası mövcuddur, Azərbaycan bu istiqamətdə beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, beynəlxalq konvensiyalara qoşulub. Azərbaycan Respublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təmin edərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdə atılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib»- deyə, S.Qafarova qeyd edib.