Xəbərlər
Elmar Məmmədyarov: Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı imkanlar mövcuddur
![](http://yap.az/thumb.php?src=http://yap.az/upload/images/225d98be07787ec185a4c471a9e0b6d5.jpg&w=360)
Sankt-Peterburq görüşündən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı imkanlar mövcuddur.
Bu sözləri Azərbaycanın xarici naziri Elmar Məmmədyarov avqustun 8-də rusiyalı və iranlı həmkarları ilə birgə mətbuat konfransında bildirib
Keçirilən görüşlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğunu qeyd edən nazir Elmar Məmmədyarov deyib: “İstəyirik ki, təhlükəsizliklə bağlı olan məsələlər də həllini tapsın. Birgə Bəyannamədə də qeyd edilir ki, həll olunmamış münaqişələrlə bağlı məsələlər narahatlıq doğurur və çətinliklər yaradır. Sənəddə “Şimal-Cənub” dəhlizinin tam istifadə olunması üçün münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində həllinin vacibliyi qeyd edilib”.