YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2161 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1860-1851 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.

 

DİGƏR Xəbərlər Arxiv