YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Piter Siyarto: Macarıstanın iqtisadi siyasətində Azərbaycanla əməkdaşlıq əlaqələri aparıcı yer tutur

Macarıstanın iqtisadi siyasətində Azərbaycanla ikitərəfli əməkdaşlıq əlaqələri aparıcı yer tutur.

Bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Piter Siyarto deyib.

O bildirib ki, Macarıstan Azərbaycanın Aİ-nin qaz təminatındakı rolu yüksək qiymətləndirir. Buna görə də, iqtisadi əlaqələrin daha da intensivləşdirilməsi üçün Macarıstan tərəfi Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq sənədinin tez bir zamanda imzalanması üzərində işləyir. Biz həmçinin Azərbaycanla Aİ ölkələri arasında viza rejiminin liberallaşdırılmasına çalışırıq.

O əlavə edib ki, Macarıstanın iqtisadi siyasətində Azərbaycanla ikitərəfli əməkdaşlıq əlaqələri aparıcı yer tutur. İkitərəfli münasibətlərdə energetika, əczaçılıq, nəqliyyat və kənd təsərrüfatı sahələri önəmli rola malikdir.