YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq müşahidəçi: Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi seçki məntəqələrində keçirilən Milli Məclisə təkrar seçkiləri yerli və beynəlxalq müşahidəçilər də izləyir.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 4 müşahidəçisi akkreditasiyadan keçərək, hazırda seçki məntəqələrində səsvermə prosesini müşahidə edirlər.

Seçki məntəqələrində səsvermə prosesini izləyən AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak AZƏRTAC-ın müxbirinə ilkin təəssüratlarını bölüşüb: “İndiyədək 6 seçki məntəqəsində olmuşam. Seçkilərin şəffaf və demokratik keçirilməsi üçün çox iş görülüb. Səsvermə prosesi normal gedir. Seçicilər sərbəst seçimlərini edirlər”.

Seçki məntəqəsinin yüksək səviyyədə təşkil olunduğunu bildirən beynəlxalq müşahidəçi Stefan Şennak deyib: “Səsverməni xeyli sayda yerli müşahidəçi izləyir. Məntəqələrdə veb-kameralar quraşdırılıb. Bütün bunlar səsvermənin şəffaf və demokratik keçməsini şərtləndirən amillərdir. Səsvermə prosesi qanunvericiliyin tələblərinə uyğun aparılır”.

 

DİGƏR Xəbərlər Arxiv