YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə mayın 16-da Gürcüstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Şərq-Qərb enerji dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin inkişaf perspektivləri, investisiya qoyuluşu, ticarət dövriyyəsinin artırılması, energetika, nəqliyyat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş nazir Artur Rasizadə bildirib ki, ölkələrimiz arasında qədim tarixi dostluq əlaqələri var, Azərbaycan bu əlaqələrin inkişafına daim maraq göstərir. Eyni zamanda, biz Gürcüstan ilə həyata keçirdiyimiz layihələrin əhəmiyyətini yüksək qiymətləndiririk. Bu layihələr həm dövlət müstəqilliyimizin möhkəmlənməsində, həm də iqtisadi əlaqələrimizin güclənməsində, eləcə də beynəlxalq nüfuzumuzun artmasında mühüm rol oynayır.

Baş nazir Giorgi Kvirikaşvili ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfələr verən “Bakı-Supsa” enerji dəhlizinin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə təbriklərini çatdırıb, Gürcüstanın enerji layihələrinə cəlb olunması, eləcə də qaz və digər problemlərin həllində göstərdiyi diqqət və qayğıya görə Azərbaycana minnətdarlığını bildirib, əlaqələrimizin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.