YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Çinə rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Çin Xalq Respublikasına rəsmi səfəri başlamışdır.

Səfər çərçivəsində nazir E.Məmmədyarovun çinli həmkarı Van İ və digər yüksək vəzifəli rəsmi şəxslərlə keçirəcəyi görüşlərdə ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə, habelə tərəfləri maraqlandıran digər məsələlərə dair müzakirələr aparılacaqdır.

Çin xarici işlər nazirinin dəvəti əsasında həyata keçirilən səfər iyulun 2-dək davam edəcəkdir.