YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maltanın Prezidenti xanım Marie Louise Coleiro Preca Azərbaycana işgüzar səfərə gəlib

Maltanın Prezidenti xanım Marie Louise Coleiro Preca aprelin 25-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Maltanın Prezidenti xanım Marie Louise Coleiro Precanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Elçin Əfəndiyev və digər rəsmi şəxslər qarşıladılar.