YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülh naminə təhsil, mədəniyyət və digər mühüm sahələr haqqında müzakirələr çox vacibdir

Sülh naminə təhsil, mədəniyyət və digər mühüm sahələr haqqında müzakirələrin aparılması çox vacibdir.

Bunu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçısı, İslam Əməkdaşlıq Təşkilatının mədəniyyət, sosial və ailə məsələləri Departamentinin baş direktoru Mehla Talebna AZƏRTAC-a müsahibəsində deyib.

M.Talebna qeyd edib ki, gənclər bütün inkişaf sahələrində mühüm rol oynayır. Uşaqlar hələ balaca yaşlarından hər kəsə hörmət etməli, eyni zamanda, öz hüquqlarını da bilməlidirlər. Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir.

Ölkəmizdə ikinci dəfə səfərdə olan qonaq BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Azərbaycanın ev sahibliyini yüksək qiymətləndirib, tədbirin qarşıya qoyulan məqsədlərə çatmaq işinə töhfə verəcəyini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv