YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA-nın yaz sessiyası işə başlayıb

Aprelin 18-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası öz işinə başlayıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edir.

Əvvəlcə Assambleyanın Büro iclası keçirilib.

Səməd Seyidov bildirib ki, iclasda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrin müzakirəsinin debatlara salınması üçün cəhdlər edilib, lakin hələ yekun qərar qəbul olunmayıb. Bu məsələnin Avropa Şurasının monitorinq komitəsi çərçivəsində yaradılmış üzv ölkələr arasında münaqişələr alt komitəsində müzakirə edilməsi ehtimal olunur. Parlament Assambleyasının sessiyalarında bu məsələ ilə bağlı müzakirələr hələ ki nəzərdə tutulmur. Bu məsələ mütləq müzakirə olunmalıdır. Artıq bütün beynəlxalq təşkilatlar öz mövqelərini bildiriblər.

Yaz sessiyasında Avropada antisemitizmə qarşı mübarizə, qaçqın böhranı, miqrant və qaçqın hüquqları, Qərbi Balkanlarda vəziyyət, Avropa Şurasının insan hüquqları üzrə komissarının 2015-ci ildə fəaliyyətinin yekunları və digər mövzular müzakirə olunacaq.

Tədbirdə AŞPA-nın sosial məsələlər komitəsinin məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşması və buna səbəb olan amillərin aradan qaldırılması” mövzusunda məruzəsi dinləniləcək və müzakirələr aparılacaq.