YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Həmsədrlər regiona turist səfərləri etməyə son qoymalı, münaqişənin ədalətli həlli üçün əməli addımlar atmalıdır

«Ermənilər tarix boyu xalqımıza qarşı məkrli məqsədlər, təxribatlar həyata keçirib. Onlar bu təxribatlarını yenə də davam etdirirlər. Amma belə təxribatların heç bir nəticəsi olmayacaq, çünki onun adekvat cavab veriləcək». Bu fikirləri yap.org.az saytına YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, son günlər cəbhə xəttində baş verən hadisələr ordumuzun rəşadətini nümayiş etdirdi. Onun sözlərinə görə, Prezident İlham Əliyevin siyasəti nəticəsində formalaşan güclü ordumuzun qarşısında düşmən acizdir.

«Bu, erməni tərəfinə dərs olmalıdır. Ermənistan hakimyyəti başa düşməlidir ki, təxribatlar yolu ilə status-kvonu uzatmamalıdır. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləri regiona turist səfərləri etməyə son qoymalı, münaqişənin ədalətli həlli üçün əməli addımlar atmalıdır. Onlar çox yaxşı bilirlər ki, Azərbaycanın torpaqları işğal olunub, bir milyondan çox insan öz torpağından didərgin düşüb. Beynəlxalq hüquq bizim tərəfimizdədir və bu münaqişə də beynəlxalq hüquq əsasında həll olunmalıdır. Əks halda, ordumuz, qəhrəman əsgərlərimiz torpaqlarımızı işğaldan azad edəcək. Necə ki, qısa müddətdə öz qələbəsi ilə bunu sübut etdi. Mən döyüşlərdə şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin bir neçəsinin hüzr mərasimlərində iştirak etdim. Qəhrəman əsgərləri qəhrəman analar dünyaya gətirə bilər. Bu  valideynlərə belə övladlar böyütdükləri üçün təşəkkürümü bildirirəm»- deyə, M. İbrahimqızı vurğulayıb.