YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Ermənistan-Azərbaycan münaqişəsini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranın Ramsar şəhərində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşündə cəbhədə yaranmış hazırkı vəziyyət, o cümlədən Ermənistan qoşunlarının təmas xətti boyunca törətdiyi təxribatlar və mülki əhalini hədəfə alan ağır arteriya və ağır silahlardan istifadə etməsi barədə məlumat verib.

Mövlud Çavuşoğlu cəbhədə həlak olan hərbçilərin və mülki şəxslərin ailələrinə və Azərbaycan xalqına başsağlığı verib. O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həll olunmalıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional məsələlər müzakirə edilib.

 

DİGƏR Xəbərlər Arxiv