YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabiq prezidentlər münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdırlar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədrləri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Müraciətdə bildirilir ki, Mərkəzin üzvləri Dağlıq Qarabağda dondurulmuş münaqişədə son hərbi gərginlik zamanı həlak olan mülki əhalinin və hərbçilərin həyatlarını itirməsi ilə bağlı kədərlərini bölüşürlər.

“Beynəlxalq cəmiyyətin digər iştirakçıları kimi, biz də 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasının pozulmasından təəssüf hiss keçirir və Azərbaycanı hərbi əməliyyatların gərginləşməsinin qarşısını almaq üçün müvafiq tədbirlər görməyə çağırırıq”, - deyə müraciətdə bildirilir.

Mərkəzin üzvləri, həmçinin Azərbaycan ərazisinə gələcək hücumların qarşısının alınması məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə beynəlxalq səviyyədə bütün mümkün diplomatik kanallar vasitəsilə problemin həllinin tərəfdarı olduqlarını diqqətə çatdırıblar. Eyni zamanda, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinin zəruriliyi vurğulanıb.

Müraciətin sonunda Mərkəzin üzvləri beynəlxalq hüquq normalarının pozulmasına baxmayaraq, Azərbaycanın qarşı tərəfin düşünülmüş təxribatlarına cavab verməməsinə dair xahiş ediblər.

Müraciəti Latviyanın sabiq Prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Freyberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmail Sərageldin, Bolqarıstanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Petar Stoyanov, Serbiyanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Stepan Mesiç, Rumıniyanın sabiq Prezidenti, NGBM İdarə Heyətinin üzvü Emil Konstantinesku, Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko, Albaniyanın sabiq Prezidenti Recep Meydani imzalayıblar.

 

DİGƏR Xəbərlər Arxiv