YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar İsgəndərov: Tarixçi alimlər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar

«1918-ci ilin martın 30-dan aprelin 2-dək Bakıda və ətraf kəndlərdə müsəlman əhalisi planlı surətdə soyqırıma və talanlara məruz qalaraq 11 mindən artıq günahsız insan qətlə yetirilib. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Talançılar Bakıda «Kaspi» qəzeti redaksiyasını, «Dağıstan», «İsgəndəriyyə» və «İsmailiyyə»ni yandırmışdılar. «Kaspi» qəzeti redaksiyasında "Quran-Kərim"ın yenicə çap edilmiş 5 min nüsxəsi də yandırıldı». Bu fikirləri yap.org.az saytına müsahibəsində BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov deyib.

A.İsgəndərov bildirib ki, 1918-ci ilin aprel-may aylarında Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. S.Lalayan və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində bir neçə gündə 8 minə qədər müsəlman qətlə yetirilmiş, 13 məscid, eyni zamanda, səkkiz əsrlik tarixi olan Cümə məscidi yandırılmışdı. Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən ermənilər Şamaxı şəhərində 8100, Şamaxı qəzasının 53 kəndində isə 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur.

«1920-1980-ci illərin sonuna qədər Azərbaycan tarixşünaslığında soyqırımla bağlı  bir cümlə belə yazılmayıb. 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il iyulun 15-də Fövqalədə Təhqiqat Komissiyasını yaratdı. Komissiya azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı sənəd şəklinə saldı. Ələkbər bəy Xasməmmədov başda olmaqla Fövqəladə Təhqiqat Komissiyası Bakı, Quba, Şamaxı və başqa qəzalarında həyata keçirilən qətliamlarla bağlı 36 cild sənəd hazırlaya bildilər. Həmin sənədlər qədər etibarlı sənəd heç yerdə ola bilməz. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əsl həqiqətlərin üzə çıxarılması istiqamətində xeyli iş görülüb. İlk növbədə, arxivlər açıldı. Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atılıb. O zamandan etibarən Azərbaycan həqiqət­lərinin, o cümlədən soyqırım həqiqətlərinin dünyada tanıdılması istiqamətində mühüm işlər görülür. Tarixçi alimlərimiz də bu baxımdan üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Azərbaycanlıların soyqırımı ilə əlaqədar xeyli sayda tədqiqat əsərləri nəşr olunub, sənədli filmlər çəkilib. Müxtəlif dillərdə tərcümə olunan əsərlər ayrı-ayrı dövlətlərin kitabxanalarında var. Biz bununla dünyaya sübut etmək istəyirik ki, əslində, soyqırıma məruz qalan azərbaycanlılıardır. Dünya ictimaiyyəti həqiqi soyqımın ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədildiyini bilməli və bunu qəbul etməlidir»- deyə, A.İsgəndərov vurğulayıb.