YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astanada MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcəkdir

İyunun 24-25-də Astanada (Qazaxıstan) MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının iclası keçiriləcəkdir. Bu barədə Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat vermişlər.

Qarşıdan gələn tədbirin gündəliyi 6 məsələni əhatə edəcəkdir. Şuranın üzvləri 2014-2015-ci illərdə nəzərdə tutulan mühüm media-hadisələrin işıqlandırılmasında dövlət informasiya agentliklərinin əməkdaşlıq vəzifələrini göstərəcək, Kazinform agentliyinin fəaliyyəti və Belarus Respublikasının alman-faşist işğalçılardan azad edilməsinin 70 illiyinin bayram edilməsi haqqında informasiya dinləyəcəklər.

İclas iştirakçıları MDB ölkələrinin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası və Milli İnformasiya Agentlikləri Assosiasiyası çərçivəsində birgə layihələrə dair mövzuları müzakirə edəcək, bir sıra digər məsələləri nəzərdən keçirəcəklər.

1995-ci ildə yaradılmış Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının tərkibinə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistanın milli agentlikləri daxildirlər.

MDB İnformasiya Şurasının fəal dəstəyi sayəsində 1998-ci ildən başlayaraq müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda ümumdünya rus mətbuatı konqresləri keçirilir. Konqreslərdə yaxın və uzaq xarici ölkələrin KİV nümayəndələri iştirak edirlər.