YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır

«Ölkə Prezidenti İlham Əliyev sosial-iqtisadi məsələlərlə bağlı mühüm qərarlar verir». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, “Əmanətlərin tam sığırtalanması haqqında” qanunun qüvvəyə minməsi ilə bağlı verilən fərman böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, həmin qanun və onunla bağlı verilən fərman tarixi bir qərardır.

 «Dövlət başçısı dünyada davam qlobal maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycan əhalisinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində addımlar atır. Bu addımlardan biri də əmanətlərin tam sığortalanması ilə bağlı qanun layihəsinin müzakirələrə təqdim edilməsi idi. Cənab Prezident belə bir təşəbbüslə çıxış etdi, parlament də həmin qanun layihəsini qəbul etdi. Bununla da ölkədə əhalinin depozitləri tam qorunmuş olur.

Ümumiyyətlə, Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, belə bir qanun var, Onu da qeyd edim ki, bu qanun icrası ilə bağlı dövlət başçısı tərəfindən artıq aidiyyatı strukturlara müvafiq taşırıqlar verilib»- deyə, komitə sədri vurğulayıb.