YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

NATO-nun ekspertlər qrupu ilə işçi görüş keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının NATO ilə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” (FTƏP) və “Planlaşdırma və Analiz Prosesi” (PAP) sənədlərinin nazirliyə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, FTƏP və PAP proqramları üzrə məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi, NATO-Azərbaycan hərbi təhsil və təlim sahəsində birgə fəaliyyət planı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində aparılan fəaliyyətlər və Azərbaycan sülhməramlılarının Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına verdiyi töhfə barədə müzakirələr aparılıb.