YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beş ayda dəmir yolu nəqliyyatı ilə 8,3 milyon ton yük daşınmışdır

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yanvar-may aylarında 8,3 milyon ton yük daşınmışdır.

Dövlət Statistika Komitəsindən bildirmişlər ki, orta hesabla gündə 552 vaqon yüklənmiş, 576 vaqon boşaldılmışdır.

Gün ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,6 min ton, Qərb istiqaməti üzrə 6,8 min ton və Cənub istiqaməti üzrə 5,4 min ton yükləmə işi yerinə yetirilmişdir.