YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Əlahəzrət Anriyə, bu ölkənin milli bayramı – Böyük Hersoqun təvəllüd günü münasibətilə təbrik ünvanladı.

Təbrikə deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.