YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlqar Rəhimov: Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin 38 min 287-si üç və daha çox uşaqlıdır

Hazırda Azərbaycanda ünvanlı sosial yardım alan ailələrin 38 min 287-si üç və daha çox uşaqlıdır. Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib.

İ.Rəhimov bildirib ki, ünvanlı yardım alan ailələrdə yaşı 18-dək olan ailə üzvlərinin sayı isə 285 872 nəfərdir. Bundan əlavə, bir sıra ailələrə müəyyən kateroriyalar üzrə müavinətlər də ödənilir. Onun sözlərinə görə, ünvanlı yardım təyin olunan ailələrdə 1 yaşınadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət ödənilir.

«Ailə başçısını itirmiş 39 342 nəfər uşaq aylıq müavinətlə təmin olunur. Bu il yanvarın 1-dən etibarən beşdən çox uşağı olan qadınların uşaqlarının hər birinə görə ayda 30 manat müavinətin ödənilməsinə başlanıb. Bu il mayın 1-nə beşdən çox uşağı olan qadınların uşaqlarının ümumi sayı 5300 nəfərdir»- deyə. Nazir müavini vurğulayıb.

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsindən danışan İ.Rəhimov qeyd edib ki, hazırda ölkədə 63 mindən çox sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaq var və onlara aylıq sosial müavinət ödənilir.

 

DİGƏR Xəbərlər Arxiv