YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Ermənilər tarixən azərbaycanlılara qarşı insanlığa sığmayan qatı cinayətlər törədib

«Ermənilər tarixən azərbaycanlılara qarşı insanlığa sığmayan qatı cinayətlər törədib. Bu cinayətləri əks etdirən mühüm faktlar və sənədlər var». Bu fikirləri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi ən dəhşətli faciələrdən biridir. Onun sözlərinə görə, əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı aktı həyata keçirib, minlərlə insanı - qoca, qadın, uşaq və gəncləri qanlarına qəltan ediblər.

«Tarixi faktlar da təsdiqləyir ki, ermənilər azərbaycanlı uşaqları diri-diri yandıraraq qətlə yetiriblər. Ermənistan Respublikasının ərazisi azərbaycanlıların tarixən yaşadıqları torpaqlar olub. Bu gün isə bir nəfər də olsun azərbaycanlının qalmadığı Ermənistan monoetnik dövlətə çevrilib. Xocalıda azərbaycanlılara qarşı insanlığa sığmayan soyqırımı törətmiş cinayətkarlar bu gün Ermənistana rəhbərlik edirlər. Ancaq əfsuslar olsun ki, dünya ictimaiyyəti onların cəzasız qalmasına hələ də göz yumur»- deyə, Y.Mahmudov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv