YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Sosial müdafiə yenə də dövlətimizin prioritet məsələsidir

«2016-cı ilin dövlət büdcəsində dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi reallığı əks etdirir». Bu fikri Əmək və əhalinin sosial komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, manatın məzənnəsinin dollarla müqayisədə aşağı düşməsi və dünya bazarında neftin kəskin ucuzlaşması büdcəyə yenidən baxılmasını zəruri edirdi. Onun sözlərinə görə, büdcəyə  dəyişikliklərin mərkəzində, dünyada gedən iqtisadi proseslərə, ölkənin büdcə ehtiyatlarının məhdudluğuna baxmayaraq, Azərbaycan vətəndaşı, onun sosial müdafiəsi dayanır.

«Dövlət büdcəsinin yeni variantında sosial müdafiə, sosial təminat bölməsi üzrə xərclər 2 milyard 698.8 milyon manat təşkil edir. Əvvəlki ilə nisbətən bütövlükdə dövlət büdcəsinin xərcləri 13.7 faiz artırıldığı halda, bu sahə üzrə olan artım 42.3 faizdir. Bu o deməkdir ki, sosial müdafiə yenə də dövlətimizin prioritet məsələsidir»- deyə, komitə sədri vurğulayıb.