YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay Azərbaycanda 200 min tona yaxın dizel yanacağı istehsal olunub

Yanvarda Azərbaycanda 198,7 min ton dizel yanacağı, 100,2 min ton avtomobil benzini, 14,6 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 59,6 min ton ağ neft, 97,7 min ton yanacaq mazutu, 0,8 min ton sürtgü yağları, 10,7 min ton neft bitumu və 7,2 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən ay neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 178,7 milyon manat olmaqla 2015-ci ilin yanvar ayı ilə müqayisədə 3,3 faiz azalıb.