YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB İcraiyyə Komitəsində ekspertlərin iclasları keçiriləcək

MDB-nin Minskdəki qərargahının mətbuat xidmətindən verilən məlumata görə, gələn həftə Belarusun paytaxtında, MDB İcraiyyə Komitəsində ekspertlər səviyyəsində bir sıra iclaslar keçiriləcək.

Fevralın 25-26-da qurumun qərargahında MDB iştirakçısı olan ölkələrin vətəndaşlarının etibarsız sənədlərinin ümumi məlumat bankının yaradılması haqqında təkliflərin hazırlanması, habelə həmin məlumat bankı barədə əsasnamənin işlənib hazırlanması üzrə ekspertlərdən ibarət işçi qrupunun iclası keçiriləcək.

Həmin günlərdə MDB İcraiyyə Komitəsində Birlik ölkələrinin yaradıcı və elmi ziyalılarının Forumu haqqında əsasnamə layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun da iclası keçiriləcək.