YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: Cari ildə DSMF-yə xidmət göstərən banklar tərəfindən əlavə olaraq 400 ədəd yeni bankomatın quraşdırılması qərara alınıb

Pensiyaların plastik kartlarla ödənilməsində əhaliyə xidmət göstərən bankomat şəbəkəsinin genişləndirilməsi məqsədilə DSMF müvəkkil banklarla ardıcıl iş aparır. Bu barədə DSMF-nin sədri Elman Mehdiyev bildirib.

 E.Mehdiyev qeyd edib ki, hazırda banklarla birgə yaradılan işçi qrupu bu məqsədlə yerlədə quraşdırılan bankomatların faktiki vəziyyəti və əlavə olaraq bankomata olan tələbatla bağlı inventarlaşdırma prosesini həyata keçirir. Onun sözlərinə görə, cari ildə DSMF-yə xidmət göstərən banklar tərəfindən əlavə olaraq 400 ədəd yeni bankomatın quraşdırılması qərara alınıb.

«Bunlardan 300-ü “Azərbaycan Beynəlxalq Bankı”, 100-ü isə “Kapital Bank” tərəfindən quraşdırılacaq. İlkin mərhələdə hazırda Azərbaycan Beynəlxalq Bankı tərəfindən ölkədə 100 yeni bankomatın quraşdırılması prosesi gedir. Bu ilin aprel-may aylarında 53 yeni bankomat quraşdırılıb. Nəzərdə tutulan digər bankomatlar da bu ilin sonunadək quraşdırılacaq»- deyə, E.Mehdiyev vurğulayıb.