YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Qarşıya qoyulan vəzifələr ölkəmizin yeni mərhələdə inkişafına xidmət edir

«Hazirki şəraitdə Prezident İlham Əliyev hər bir icra orqanının qarşısında ciddi vəzifələr qoyub. Bu vəzifələr ölkəmizin yeni mərhələdə inkişafına xidmət edir». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, qarşıda duran vəzifələr sırasına  əsasən iqtisadiyyatın qeyri-neft sektorunda, istehsalda geriləməyə yol verilməməsi, əlverişli istehsal mühitinin yaradılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması dayanır. Eyni zamanda,  maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması istiqamətində çevik tədbirlərin həyata keçirilməsi, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsi yönündə də mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

«Həssas bir dövr yaşayırıq. Bizim də vəzifəmiz cənab Prezident İlham Əliyevin atdığı addımları dəstəkləmək və Onun tapşırıqlarınnı dəqiq yerinə yetirilməsi üçün fəaliyyət göstərməkdir. Həmçinin, əsas işimiz dövlət rəhbərliyinin indiki şəraitdə həyata keçirdiyi siyasətin əhəmiyyətini  əhali arasında təbliğ etməkdir»- deyə, A.Badamov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv