YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

GUAM və Aİ qarşılıqlı faydalı əməkdaşlıqda maraqlıdır

Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin rəhbəri, səfir Yan Tombinski GUAM-ın baş katibi Altay Əfəndiyevlə görüşüb.

GUAM-ın katibliyindən bildirilib ki, görüşdə cari məsələlər və GUAM çərçivəsində əməkdaşlıq müzakirə edilib. Söhbət zamanı əsas diqqət GUAM nəqliyyat dəhlizinin inkişafı konsepsiyasının həyata keçirilməsinə, azad ticarət zonasının yaradılmasına, təşkilatın digər layihə və təşəbbüslərinə dair əməkdaşlığın fəallaşmasına yetirilib. GUAM-ın bütün tərəfdaşlarla GUAM+ formatında, habelə əlaqədar beynəlxalq təşkilatlar və regionda uzunmüddətli strateji marağı olan digər qurumlarla sıx qarşılıqlı əlaqəsinin mühümlüyü qeyd edilib.

Görüş iştirakçılarının Qara dəniz və Xəzər dənizi regionlarında geosiyasi dəyişikliklər və yeni təşəbbüslər kontekstində yaranan imkanların regionda iqtisadiyyatın inkişafına kömək etməkdə marağı olan bütün tərəflərdən adekvat addımlar tələb etməsi, habelə mövcud münaqişələrin aradan qaldırılması yolu ilə regionda sabitlik yaradılması barədə fikirləri üst-üstə düşüb.