YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Martda Asiya və Sakit Okean ölkələrinin maliyyə nazirlərinin toplantısı keçiriləcək

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi xanım Şamşad Axtar ilə görüşüb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycanın BMT strukturlarında fəaliyyəti məmnunluqla qeyd olunaraq regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından rolu yüksək qiymətləndirilib.

Ölkəmizin əlverişli coğrafi mövqeyi və əldə etdiyi uğurlar, iri enerji və regional nəqliyyat-infrastruktur layihələrinin təşəbbüskarı və iştirakçısı kimi tranzit imkanları qeyd edilib, Şimal-Cənub nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin qlobal miqyasda əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, bu ilin mart ayında keçirilməsi nəzərdə tutulan Asiya və Sakit Okean ölkələrinin maliyyə nazirlərinin toplantısı ilə bağlı fikir mübadiləsi aparılıb.