YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilir

Fevralın 1-də Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının ilk iclası işə başlayıb.

Milli Məclisin sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Sonra akademik Cəlal Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda Milli Məclisin intizam komissiyasının təşkil edilməsi, hesablayıcı komissiyasının yenidən təşkil olunması, parlamentin komitələrinin yeni üzvlərinin seçilməsi, 2016-cı il yaz sessiyasının qanunvericilik işləri planı haqqında məsələlərə baxılacaq.

Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin və Gürcüstan Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, “Azərbaycan Respublikası və Çin Xalq Respublikasının dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında mülki hava nəqliyyatına dair” Sazişin təsdiq edilməsi haqqında qanunun layihəsi barədə, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında” Müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə, “Birləşmiş Millətlər Təşkilatının malların beynəlxalq alğı-satqısına dair müqavilələr haqqında Konvensiyası”na qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında, “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında qanun layihələri nəzərdən keçiriləcək.

Deputatlar, həmçinin Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunun layihəsi, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunun layihəsi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi barədə qanun layihələrini müzakirə edəcəklər.

DİGƏR Xəbərlər Arxiv