YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şahin Mustafayev: Aqrar sahənin inkişafında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi xüsusi önəm daşıyır

Yanvarın 29-da Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Türkiyə Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə “Kənd təsərrüfatının perspektiv sahələrinin inkişafı üzrə Türkiyə-Azərbaycan təcrübəsi” mövzusuna həsr olunmuş əməkdaşlıq konfransı keçirilir.

ASK-nın prezidenti Məmməd Musayev ölkəmizdə qeyri-neft sektorunun prioritet sahələrindən olan aqrar sektorda bir çox müsbət nəticələr əldə edildiyini, konfederasiyanın da bu sahədə iş adamları və dövlət qurumları arasında səmərəli işin qurulmasına, digər ölkələrin təcrübəsinin öyrənilməsinə öz töhfəsini vermək niyyətində olduğunu, bugünkü əməkdaşlıq konfransının da məhz bu məqsədlə təşkil edildiyini bildirib.

Prezident Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov aqrar sahədə aparılan islahatların müsbət nəticələrindən, görülən işlərdən, dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi gündəmdədir. Kənd təsərrüfatının inkişafı iqtisadi sahədə prioritet məsələlərdəndir.

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, dünyada və regionda yaşanan mürəkkəb geosiyasi proseslər, enerji bazarında davam edən qeyri-sabitlik, bir çox ölkələrin ciddi iqtisadi və sosial problemlərlə üzləşməsi iqtisadi dayanıqlığımızın artırılmasına yönəlmiş islahat tədbirlərinin daha intensiv şəkildə həyata keçirilməsini zəruri edir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev tərəfindən qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişafı istiqamətində mühüm tapşırıqların verildiyini vurğulayan nazir Şahin Mustafayev bu tapşırıqların icrası istiqamətində görülən işlərdən danışıb. Şahin Mustafayev qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları, eləcə də yeni iqtisadi şəraitdə aqrar sahənin, o cümlədən ənənəvi sahələrin, xüsusilə də pambıqçılığın inkişafı üçün tətbiq olunacaq yeni stimullaşdırma mexanizmlərini diqqətə çatdırıb. Bildirilib ki, aqrar sahənin inkişafında qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi xüsusi önəm daşıyır və bu baxımdan belə tədbirlərin keçirilməsi əhəmiyyətlidir.

Kənd təsərrüfatı naziri Heydər Əsədov aqrar sahənin hər zaman prioritet sahələrdən olduğunu, yeni iqtisadi şəraitdə də kənd təsərrüfatının inkişafının öz aktuallığını qoruduğunu vurğulayıb.

“Konfrans kənd təsərrüfatının inkişafında və digər ölkələrin təcrübəsinin öyrənilməsində çox əhəmiyyətlidir. Aqrar sahədə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək”, - deyə nazir əlavə edib.

Tədbir çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə ASK arasında Əməkdaşlıq Müqaviləsi imzalanıb. Sənədi kənd təsərrüfatı naziri Heydər Əsədov və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.

 

DİGƏR Xəbərlər Arxiv