YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Miqrantlar Balkanlarda problemlərlə üz-üzədirlər

“BBC”nin məlumatına əsasən, Balkan yarımadasındakı qaçqın düşərgələrində çalışan tibb işçiləri şaxtalı hava şəraiti ilə əlaqədar xəstəliklərə yoluxan miqrantların sayının artacağı xəbərdarlığını ediblər. Regionda havanın temperaturu – 11 dərəcə temperaturadək azalıb. Tibbi yardım qurumlarının açıqlamalarına görə, xəstələr əsasən bronxit və qrip kimi respirator problemlərdən əziyyət çəkirlər.

Serbiyanın Makedoniya və Xorvatiya ilə sərhədlərindəki əsas qaçqın məntəqələrində miqrantlara tibbi yardım, geyim və ərzaq təklif olunur. İlkin tibbi yardım alan miqrantlar çox zaman müalicələrini onlar üçün hazırlanmış müvəqqəti xəstəxanalarda davam etdirmək təklifindən imtina edirlər. Bunun səbəbi kimi, onların sərhədlərin bağlanacağı qorxusu ilə köçlərinə fasilə vermədən Avropanın içərilərinə doğru irəliləmək istəkləri göstərilir.

DİGƏR Xəbərlər Arxiv