YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniya xarici işlər naziri Filip Hammond Seulu KXDR-la sərhəd boyunca təbliğat xarakterli efir yayımlarından çəkinməyə çağırıb

“Associated Press”in məlumatına görə, Britaniya xarici işlər naziri Filip Hammond Cənubi Koreyanı Şimali Koreya ilə sərhəddi boyunca bu ölkəyə yönələn təbliğat xarakterli efir yayımlarından çəkinməyə çağırıb.

Yaponiyaya səfəri zamanı səsləndirdiyi bəyanatında Hammond bir neçə gün əvvəl Şimali Koreyanın nüvə sınağı keçirməsinə Cənubi Koreyanın cavab vermək ehtiyacı hiss etməsini başa düşdüyünü bildirib. Lakin onun sözlərinə görə, bu şəkildə cavab vermək Şimali Koreyanın hazırladığı tələyə yaxınlaşmaq deməkdir.

Britaniya rəsmisi qeyd edib ki, gərginlik yaratmaq təşəbbüslərinə cavab olaraq beynəlxalq ictimaiyyət Şimali Koreyaya qarşı sanksiyaların səmərəli olması üçün lazımi addımları atacağını cənubi koreyalılara nümayiş etdirməlidir.

 

DİGƏR Xəbərlər Arxiv