YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Britaniyanın texnologiya portalı Azərbaycandakı yeni mobil ödəniş sistemindən yazır

Britaniyanın nüfuzlu texnologiya portalı olan “NFC World+” Azərbaycanda yaradılacaq universal mobil ödəniş sistemindən bəhs edən məqalə yayıb.

Məqalədə qeyd edilir ki, “AzerPay” şirkəti tərəfindən yaradılacaq sistem 2016-cı il yanvarın ortalarında sınaqdan keçirilməyə başlanacaq. Sistemin köməyi ilə təmassız ödənişlərin, pulköçürmələrin həyata keçirilməsi, kredit alınması üçün müraciət, POS-terminallardan əməliyyatlar aparılması, kommunal xidmət haqlarının ödənilməsi, hesabın doldurulması və s. işlər görmək mümkün olacaq.

Müəllif qeyd edir ki, sistemdə ümumilikdə 160-dan çox ödəniş xidməti olacaq.