YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin açılışındə iştirak edib

Dekabrın 30-da Bakının Xəzər rayonunda Zirə Mədəniyyət Mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.

Prezident İlham Əliyev binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı binada yaradılan şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev Xəzər rayonu və Zirə qəsəbəsi ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Prezident İlham Əliyev elektromobillə Mərkəzin ərazisini gəzdi.

Dövlətimizin başçısı İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Mərkəzin ərazisində ağac əkdilər.