YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzi yaradılacaq

Yaxın zamanlarda Bakıda ISESCO-nun regional mərkəzi yaradılacaq. Azərbaycan dövləti bu mərkəzin yaradılması üçün bütün lazımi tədbirləri görür.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 26-da ISESCO Baş Konfransının XII sessiyasının açılışındakı çıxışında bildirib.

Dövlətimizin başçısı əmin olduğunu ifadə edib ki, bu mərkəz öz fəaliyyəti ilə həm regionda, həm ümumiyyətlə, İslam aləmində humanitar əməkdaşlığın dərinləşdirilməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün fəal yol oynayacaq.

Prezident İlham Əliyev vurğulayıb ki, ISESCO Azərbaycanı daim dəstəkləyir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində ISESCO daim Azərbaycanın mövqeyini, yəni, haqq-ədaləti açıq şəkildə dəstəkləyir. “Cənab əl-Tuveycrinin çoxsaylı çıxışlarında bu məsələ ilə bağlı birmənalı mövqe nümayiş etdirilir. Buna görə biz ISESCO-ya minnətdarıq, bütün müsəlman aləminə minnətdarıq”, - deyə dövlətimizin başçısı əlavə edib.