YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA müşahidə missiyasının Azərbaycanda keçirilmiş seçkilərə dair yekun məruzəsi qəbul edilib

Avropa Şurası Parlament Assambleyası sədarət komitəsi və bürosunun Sofiyada təşkil edilmiş iclaslarında Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərinə dair AŞPA seçki müşahidə missiyasının yekun məruzəsi yekdilliklə qəbul edilib.

Bu barədə  Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib. O deyib ki, bu qərar noyabrın 27-də AŞPA daimi komitəsinin iclasında təsdiq edilməlidir.