YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Görülən işlər nəticəsində regionlarda sahibkarlıq daha sürətlə inkişaf edəcək

«Ölkəmizdə sahibkarlığın inkişafında dövlət başçısının imzaladığı sərəncamlar və parlamentin qəbul etdiyi qanunvericilik aktları mühüm rol oynayır». Bu fikri Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki,  xüsusilə, “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman sahibkarlıq sahəsində vəziyyətin yaxşılaşdırılmasına təkan verməkdədir. Onun sözlərinə görə, sənədə əsasən sahibkarlıqla bağlı müəyyən prosesdurların sadələşdirilməsi çox əhəmiyyətlidir. 

«Ümumiyyətlə,  sahibkarların fəaliyyəti ilə məşğul olmaq üçün “bir pəncərə” prinsipinə uyğun olaraq elektron qeydiyyatı zamanı prosedur və müddətlərin azaldılması çox yaxşı haldır. Hesab edirəm ki, bu sahədə görülən işlər nəticəsində regionlarda da sahibkarlıq daha sürətlə inkişaf edəcək» - deyə, deputat qeyd edib.