YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Malayziya arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

İyunun 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərə olan Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə Malayziya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd edən tərəflər əminliklə bildirmişlər ki, bu yaxınlarda Malayziyanın Azərbaycanda səfirliyinin açılması əlaqələrin genişləndirilməsi üçün lazımi hüquqi bazanın yaradılmasına təkan verəcəkdir. Siyasi, iqtisadi, mədəni əməkdaşlığın perspektivi baxımından Malayziya nümayəndə heyətinin Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarları ilə müxtəlif istiqamətlər üzrə müzakirələrin əhəmiyyəti də vurğulanmışdır. Qeyd olunmuşdur ki, xüsusən iş adamlarının turizm, təhsil, mədəniyyət, infrastruktur və digər qeyri-neft sahələri üzrə birgə layihələrdə iştirakı səmərəli nəticələr verə bilər.

Anifah Aman respublikamızın iqtisadi inkişafı barədə məmnunluqla danışaraq, Malayziya dövlətinin beynəlxalq tədbirlərdə hər zaman Azərbaycanın yanında olduğunu, xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini birmənalı şəkildə dəstəklədiyini bir daha bəyan etmişdir.

Sonda ölkələrimiz üçün maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.