YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Türk xalqları böyük tarixin, mədəniyyətin yaradıcısı və daşıyıcısıdırlar

«Türk söylu dövlətlərin başçılarının görüşləri ənənə halını alıb. Bu görüşlərdə prezidentlər ölkələr arasında əlaqələr və digər məsələlərlə bağlı geniş müzakirələr aparırlar. Bodrumda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə görüşü də bu baxımdan böyük əhəmiyyət kəsb edir». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib. Onun sözlərinə görə, həmin görüşlərdə ölkələr arasında münasibətlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanın fəal iştirakı ilə yaradılan qurumdur. Bodrumda təşkilatın sammitində üzv dövlətlər arasında bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzkirə edilib. Bu çərçivədə türk dövlətləri arasında  mədəniyyət, humanitar, sosial,  iqtisadi və siyasi əlaqələr inkişaf edir. Təşkilatın fəaliyyəti, qəbul etdiyi qərarlar hansısa digər ölkələrə qarşı yönəlməyib. Türk soylu dövlətlərin rəhbərlərinin belə görüşləri sülh, əmənamanlıq, firəvan, dinc yanaşı yaşamaq prinsiplərinin daha geniş şəkildə bərqərar olmasına yönəlib. Eyni zamanda, prezidentlərin görüşünün ölkələr arasında siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin inkişafında çox böyük  əhəmiyyəti var. Təbii ki, bu amil türk dünyanın bir araya gəlməsi və güclənməsində də vacib rol oynayır. Bilirsiniz ki, dünyanın türk toplumları müxtəlif təşkilatlar çərçivəsində bir araya gəlirlər. Türk xalqları böyük tarixin,  mədəniyyətin yaradıcısı və daşıyıcısıdırlar. Və bu toplumun bir araya gəlməsi, qarşılıqlı münasibətlərinin genişlənməsi türk birliyinin güclənməsinə müsbət təsirini göstərməkdədir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına təkcə Özbəkistan qoşulmayıb, amma hesab edirəm ki, bu ölkə də gələcəkdə təşkilatın işində yaxından iştirak edəcək»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.