YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Monteneqro Azərbaycan ilə iqtisadi əməkdaşlığı genişləndirmək istəyir

Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov bu ölkənin Baş nazirinin müavini Duşko Markoviç ilə görüşüb.

Söhbət zamanı iki ölkə arasındakı davamlı siyasi dialoqun və imzalanmış sazişlərin gələcək əməkdaşlıq üçün möhkəm baza yaratdığı vurğulanıb.

E.Həsənov Monteneqronun daxili və xarici siyasətdə əsas prioritetlərə nail olmasında Azərbaycanın tam dəstək verdiyini bildirərək, bu ölkədə müvafiq istiqamətdə həyata keçirilən islahatların yüksək qiymətləndirildiyini qeyd edib.

D.Markoviç siyasi əlaqələrin inkişafına və iqtisadi tərəfdaşlığın dərinləşməsinə Azərbaycanın göstərdiyi səylərə görə minnətdarlığını bildirib. Vurğulayıb ki, Monteneqro iqtisadi əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasında birgə tədbirlərin həyata keçirilməsinə hər zaman hazırdır.

 

DİGƏR Xəbərlər Arxiv