YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın ticarət missiyası Bakıya gələcək

Amerika-Azərbaycan Ticarət Palatası (USAAC) və ABŞ Ticarət Xidməti Azərbaycanda Amerika Ticarət Missiyasının formalaşmasını başa çatdırıb.

AZƏRTAC USAAC-ın saytına istinadla xəbər verir ki, missiya AmCham (Türkiyə), AmCham (Azərbaycan), AZPROMO və "Park High-Tech"in təşkilatçılığı ilə bu il noyabrın 18-dən 20-dək Bakıda olacaq. 15 Amerika şirkəti, o cümlədən ABŞ Ticarət Nazirliyinin məmurları və digər yüksək vəzifəli şəxsləri ticarət və biznes imkanlarının öyrənilməsi və genişləndirilməsi məqsədilə ölkəmizə səfər edəcəklər.

"Azərbaycan Amerika biznesi üçün çox mühüm ticarət tərəfdaşıdır. Bu ölkələr arasında ikitərəfli ticarət əməkdaşlığı üçün böyük potensial var. Ticarət missiyasının Bakıya səfəri iki ölkənin iqtisadiyyatları arasında əlaqələri daha da inkişaf etdirmək, Azərbaycana yeni investisiyalar cəlb etməkdir", - deyə ABŞ Ticarət Nazirliyinin nümayəndəsi Maykl Lalli bildirib.