YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qafqaz Müsəlmanları İdarəsinin sədri Livana səfər edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Livana səfərə yola düşüb.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, səfərin məqsədi Məzhəblərin Yaxınlaşması Təşkilatının Ali Şurasının Beyrutda keçiriləcək toplantısında iştirak etməkdir.

İslam dünyasında nüfuzlu qurum olan Ali Şurada dünyada cərəyan edən hadisələr fonunda islami həmrəyliyin, məzhəblərarası anlaşmanın, ümumislami maraq və mənafelər naminə müsəlmanların vahid mövqedən çıxış etməsinin vacibliyi məsələləri müzakirə olunacaq, müsəlman aləmində tanınmış üləmaların çıxışları dinləniləcək.

Qafqaz Müsəlmanları İdarəsinin sədri məşvərət toplantısında Ali Şuranın üzvü olaraq çıxış edəcək.

Şeyxülislam A.Paşazadəni səfərdə QMİ sədrinin birinci müavini müfti Salman Musayev müşayiət edir.

 

DİGƏR Xəbərlər Arxiv