YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistanda yeni nüvə reaktorunun tikilməsi ilə əlaqədar konvensiyanın müddəalarının pozulması ilə bağlı Azərbaycan tərəfindən qaldırılmış iddia üzrə yekun qərar qəbul edilmişdir

Cenevrə şəhərində BMT-nin “Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası”na (ESPOO Konvensiyası) tərəflərin altıncı görüşü keçirilmişdir.

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyindən bildirmişlər ki, tədbirdə digər məsələlərlə yanaşı, ESPOO Konvensiyası İmplementasiya Komitəsi çərçivəsində Ermənistan ərazisində yeni Metsamor nüvə reaktorunun tikilməsi ilə əlaqədar konvensiyanın müddəalarının pozulması ilə bağlı Azərbaycan Respublikası tərəfindən qaldırılmış iddia üzrə yekun qərar qəbul edilmişdir.

Beləliklə, ESPOO Konvensiyasına Tərəflərin Görüşü, yekun olaraq, Ermənistan ərazisində yeni nüvə reaktorunun tikilməsi ilə əlaqədar bu ölkənin ESPOO Konvensiyası üzrə öhdəliyini pozduğu qərarına gəlmiş və Konvensiyanın İmplementasiya Komitəsinə məsələnin nəzarətdə saxlanılması və aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat vermişdir.

 

DİGƏR Xəbərlər Arxiv