YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Jalə Əliyeva: Türk dövlətlərinin birliyini gücləndirmək üçün böyük imkanlar var

«Hər bir millət öz kökünə bağlılığını qorumaqla inkişaf edir. Bu baxımdan, xalqımız milli-mənəvi, tarixi dəyərlərinə istinad etməklə inkişafını həyata keçirir. Bilirsiniz ki, türk dövlətləri arasında daha çox Azərbaycan və Türkiyə dərin münasibətlərə malikdir. Dövlətlərimiz arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır». Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

J.Əliyeva bildirib ki, Azərbaycanın digər türkdilli ölkələrlə yaxşı əlaqələri mövcuddur. Onun sözlərinə görə, ölkəmiz bütün türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşməsinə maraqlıdır. 

«Son illər bölgədə strateji layihələr həyata keçirilir və bu layihələrin reallaşmasında Azərbaycan xüsusi rol oynayır. Son zamanlar Azərbaycanla Türkiyə arasında neft-qaz sahəsində mühüm sənədlər imzalanıb və bu layihələr dövlətlərimizin nəinki bölgədə, bütün dünyada mövqelərinin güclənməsinə xidmət edir. Onu da qeyd edim ki, Mərkəzi Asiyada yerləşən türk dövlətləri də böyük təbii sərvətlərə malikdir və onlar da daha güclü olmaq üçün bu amildən istifadə edə bilərlər. Türk dövlətləri öz birliyini gücləndirmək üçün vahid enerji layihələrini həyata keçirə bilər. Təbii ki, bu faktor siyasi cəhətdən də böyük əhəmiyyət kəsb edər və türk xalqlarının daha dərin əlaqələrinə səbəb ola bilər. Həmçinin, bununla da dünyada türkdilli ölkələrdən ibarət yeni bir güc mərkəzi formalaşması reallığa çevriləcək»- deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv