YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür

İyunun 4-də Bodrumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurlu inkişafından məmnunluq ifadə edildi, strateji əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının türkdilli xalqlar və ölkələr arasında əməkdaşlığın, regional əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulandı.

Söhbət zamanı ikitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
 

 

DİGƏR Xəbərlər Arxiv