YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zviad Kvatçantiradze: Bu seçkilərlə Azərbaycan demokratik ölkə olduğunu bir daha sübut edəcək

Azərbaycanın mükəmməl seçki sistemi, beynəlxalq standartlara cavab verən qanunları var. Bunlar da ölkədə demokratik, şəffaf, azad seçkilər keçirməyə imkan verir. İnanırıq ki, Azərbaycan bu dəfə də möhkəm siyasi iradə nümayiş etdirəcək və parlament seçkiləri beynəlxalq standartlara uyğun keçiriləcək. Bununla da demokratik, azad ölkə olduğunu bir daha dünyaya sübut edəcək.

Bu fikirləri  Gürcüstan parlamentində “Gürcü arzusu” koalisiyasının rəhbəri Zviad Kvatçantiradze bildirib.

Deputat deyib: “Gürcüstan ilə Azərbaycan arasında sıx dostluq və qardaşlıq münasibətləri var. Biz regionda strateji müttəfiqlərik. Mən və rəhbəri olduğum koalisiya parlamentlərarası əlaqələrin daha da inkişaf etməsində və möhkəmlənməsində maraqlıyıq. Mən 5 ildən çox Bakıda yaşamışam. Azərbaycanı öz vətənim qədər sevirəm və hətta deyirəm ki, Azərbaycan mənim ikinci vətənimdir. Azərbaycanın qazandığı hər bir uğura öz uğurumuz qədər sevinirəm. Mən bu seçkilərin də demokratik qaydada keçiriləciyinə inanıram”.

Zviad Kvatçantiradze bildirib ki, Gürcüstan parlamentinin deputatları GUAM və digər beynəlxalq qurumların müşahidə missiyalarının tərkibində, eləcə də müstəqil şəkildə Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək və bu mühüm siyasi aksiyaya obyektiv qiymət verəcəklər. Məlumatı AZƏRTAC yayıb.