YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu dinc, tolerantlıq şəraitində yaşayıb və indi də yaşamaqdadırlar

Azərbaycan gənc dövlətdir və cəmi 24 ildir ki, ağır itkilər hesabına yenidən qazandığı müstəqilliyinə qovuşub. Bu gün dünyanın ağır siyasi və iqtisadi böhran içində yaşadığı zamanda üzərimizə gələcək nəslə qüdrətli bir dövlət təhvil vermək kimi tarixi missiya düşür. Bu, əlbəttə çox ağır və məsuliyyətli vəzifədir.

Bu fikirlər oktyabrın 27-də Zərdabda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon icra hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda səsləndirilib.

Konfransı açan icra hakimiyyətinin başçısı Lütvəli Babayev islami dəyərlərin öyrənilməsi və düzgün təbliğindən, maarifləndirmə işlərinin zəruriliyindən, bu istiqamətdə rayonda görülən tədbirlərdən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İslamın tarixi, milli mənəvi dəyərlərimizdə yeri, dövlət-din münasibətləri barədə ətraflı məlumat verib. Komitə sədri dünyada radikalizm meyillərinin güclənməsindən, bunun dəhşətli nəticələrindən, İslam pərdəsi altında siyasi hakimiyyət və ya var-dövlət qazanmaq cəhdlərindən bəhs edib.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətinin uğurlu nəticələri barədə danışan M.Qurbanlı, dini maarifləndirmənin zəruriliyinə toxunub, dövlətimizin başçısının bu məqsədlə dini icmalara maliyyə yardımı göstərmək barədə müvafiq Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu dinc, tolerantlıq şəraitində yaşayıb və indi də yaşamaqdadırlar. Bu dəyərlərin yad təsirlərdən, xarici emissarların fitnə-fəsadlarından qorumaq bu gün mühüm vəzifə kimi qarşıda durur. Bu sahədə, xüsusilə din xadimlərinin, dini icmaların diqqətli olmaları zəruridir. Xalqımız ənənəvi İslam dəyərlərinə söykənir və yad təsirləri heç vaxt qəbul etməyəcək. İslami dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər kəsin, xüsusən dindarların müqəddəs borcudur.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Əli Məmmədov çıxış edərək, regionlarda dini radikalizm meyillərinə qarşı aparılan maarifləndirici tədbirlərdən danışıb.

Həmin gün Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Zərdab Cümə Məscidinə də gələrək dini icma rəhbərləri ilə görüşüb, məscidə dini kitablar hədiyyə edib.

Sonra gənclərlə görüş keçirilib, ənənəvi dini dəyərlərimiz və gənclik mövzusunda çıxışlar olub.