YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rüfət Məmmədov: Azərbaycan Rusiya regionlarına ixracın artırılmasında maraqlıdır

Azərbaycan Rusiyanın müxtəlif subyektlərinə ixracın artırılmasında maraqlıdır. Bunu Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Rusiyanın Udmurtiya Respublikası və Kaluqa vilayətinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Azərbaycan-Rusiya biznes forumunda deyib.

Onun sözlərinə görə, son 4 il ərzində AZPROMO-nun xətti ilə iki ölkənin işgüzar dairələrinin iştirak etdiyi 23-dən çox tədbir keçirilib: "İki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişafı üçün çox möhkəm hüquq-müqavilə bazası mövcuddur. 160-dan çox qurumlararası, dövlətlərarası və hökumətlərarası müqavilə və saziş, həmçinin məhz iqtisadi sahədə 30-dan çox saziş, ikiqat vergitutmanın aradan götürülməsi və azad ticarət haqqında saziş imzalanıb".

R.Məmmədov qeyd edib ki, 2002-2013-cü illər ərzində Azərbaycan iqtisadiyyatına yatırılmış Rusiya investisiyalarının həcmi 600 milyon dolları ötüb: "Bununla yanaşı, Azərbaycan sahibkarları Rusiya iqtisadiyyatına fəal şəkildə investisiya qoyur. Beləki, analoji dövrdə Rusiya iqtisadiyyatına qoyulmuş Azərbaycan investisiyalarının həcmi 1 milyard dolları ötüb".

Onun sözlərinə əsasən, Azərbaycan Rusiyanın ayrı-ayrı regionları ilə də işləyən azsaylı ölkələrdən biridir: "Rusiyanın digər regionları ilə müqayisədə Udmurtiya və Kaluqa vilayəti ilə əmtəə dövriyyəsi üzrə göstəricilərin bir qədər az olmasına baxmayaraq, Azərbaycan şirkətləri Udmurtiyaya və Kaluqa vilayətinə müxtəlif növ məhsul tədarük etməyə maraq göstərir".

 

DİGƏR Xəbərlər Arxiv