YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Avrasiya İttifaqına qoşulmaq da Ermənistanı böhrandan xilas edə bilməyəcək

«Avrasiya İttifaqının Astanadakı təsis toplantısında Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe bu ölkənin təcavüzkar olduğunu bir daha sübut etdi».  Bu fikirləri Milli Məclisin deputatı  Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Ermənistan rəhbərliyi sözügedən ittifaqa yalnız beynəlxalq miqyasda tanınmış sərhədləri ilə qoşulmağa məcburdur. Onun sözlərinə görə, Ermənistan işğalçılıq siyasətini davam etdirməklə heç nə qazanmayacaq.

«Ona görə də, Ermənistan öz təcavüzkar siyasətindən əl çəkməli, Azərbaycanın əzəli torpaqlarını geri qaytarmalıdır. Əgər bu dövlət ittifaqa qoşulursa, hansı şərtlər daxilində və hansı sərhədlərlə qəbul olunacaq? Ermənistanın həmin ittifaqa daxil olan ölkələrin heç biri ilə ümumi sərhəddi mövcud deyil. Bu təşkilata qoşulmaq da Ermənistanı böhrandan xilas edə bilməyəcək»- deyə, deputat qeyd edib.